Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda ekspress avtobuslar pulsuz olmayacaq

"Bakı Metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində ekspress avtobuslardan istifadənin pulsuz olması nəzərdə tutulmur".

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakı Metropolitenində xətlərin ayrılması layihəsinə həsr olunmuş görüşdə deyib.

Onun sözlərinə görə, bu variant məqsədəuyğun hesab edilmir.

"Çünki belə bir addım atılsa, biz hər kəsin avtobuslara yönəlməsinə şərait yaratmış olarıq. Tövsiyəmiz ondan ibarətdir ki, vətəndaşlar bu bir neçə ay ərzində üstünlüyü marşrut avtobuslarına versinlər", - deyə R.Hümmətov bildirib.