Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda çoxmərtəbəli binanın lifti qırılıb: Xəsarət alanlar var...

Bakıda çoxmərtəbəli binanın lifti qırılıb, xəsarət alanlar var.

Hadisə iyunun 17-si saat 22 radələrində paytaxtın Nizami rayon ərazisində yerləşən “Yeni Ev 7” MTK-ya məxsus çoxmərtəbəli binada qeydə alınıb.

Belə ki, hərəkətdə olan lift qırılaraq şaxtaya çarpılıb. Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. (report)