Bakıda bəzi avtobuslarda gedişhaqqı artırılıb
14 Mart 2026
Bakı və paytaxtətrafı marşrut avtobuslarında yenilənmiş nağdsız gedişhaqqı tarifləri müəyyənləşib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Yenilənmiş məlumatlara əsasən, bir sıra maşrut xətlərində elektrikli və CNG texnologiyası ilə işləyən avtobusların fəaliyyət göstərməyə başlaması ilə əlaqədar gediş haqları 50 qəpikdən 60 qəpiyə artırılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakıda avtobuslarda tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçirilir.
Bildirilib ki, müasir standartlar dedikdə elektrikli, sıxılmış təbii qazla (CNG) işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobuslar nəzərdə tutulur.
Bakıda bu qayda yalnız elektrikli və CNG texnologiyası ilə işləyən avtobuslara şamil edilir.