Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı-Sumqayıt şosesində ağır qəza: Ölənlər və yaralananlar var

Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan “Ford Tranzit” markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Bakı-Sumqayıt avtomagistralında baş verən qəza ilə bağlı 10.12.2023-cü il tarixində saat 06:35 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 6 nəfər gətirilib (4-ü qadın cinsi, 2-si kişi cinsi olmaqla).

Qapalı kəllə-beyin travması alan 1963-cü il təvəllüdlü Allahverdiyeva Ayna Təru qızı həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Digər xəsarət alanlar - 1961-ci il təvəllüdlü qadın qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı, şəxsiyyəti məlum olmayan qadın qapalı kəllə-beyin travması, sol baldırın sınığı, 1992-ci il təvəllüdlü kişi üzün yumşaq toxumasının əziyi, aşağı ətrafın travması diaqnozları ilə Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri ağırdır.

1987-ci il təvəllüdlü kişinin qapalı kəllə-beyin travması, sağ dirsək sümüyün sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

1975-ci il təvəllüdlü qadına isə təpə nahiyəsinin sıyrıntısı, dirsəyin və ayağın əziyi diaqnozu qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Digər ölən şəxsin isə kimliyi bəlli deyil.