Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı İrəvana sərhəddə və ya neytral ölkədə görüş təklif edir

Noyabrın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı Ermənistanla sülh danışıqlarının gedişatına toxunub.

“Ermənistan tərəfindən prosesin yersiz ləngimələrə məruz qalmasına, həmçinin bir sıra dövlətlərin öz geosiyasi oyunlarını regiona proyeksiya etmək cəhdlərinə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi prosesin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb”, - o deyib.

O qeyd edib ki, Azərbaycan Ermənistana dövlət sərhədində, yaxud qərəzsiz və ya neytral üçüncü ölkədə görüşməyi təklif edib.  Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.