Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bağanis Ayrım kəndində minatəmizləmə işləri aparılır - KİV

Azərbaycana qaytarılan Bağanis Ayrım kəndində Ermənistan qüvvələrinin qurduğu müdafiə zonası minalardan təmizlənir.

Bu barədə Ermənistanın “Yerkir.am” nəşrinin baş redaktoru Vahe Sarqsyan bildirib.

“Daxil olan məlumata görə, hazırda Bağanis [Ayrım] kəndinin müdafiə zonasında minatəmizləmə işləri aparılır”, – o qeyd edib.

Xatırladaq ki, aprelin 19-da Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.