Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanlı döyüşçü brazilyalı əfsanəyə əlcək atdı: Döyüşək!

Azərbaycan əsilli döyüşçü Rafael Fiziyev braziliyalı Rafael Dus Anjusu Mütləq Döyüş Çempionatında (UFC) duelə dəvət edib.

"Report"un məlumatına görə, Dus Anjus tviterdə ABŞ-dan olan Toni Ferqyusonla fevralın 19-da revanş keçirmək istədiyini yazıb.

Fiziyev isə bu paylaşıma reaksiya verib: "Biz hamımız bu qarşılaşmanı görmüşük. Mən artıq UFC-yə həmin gün üçün hazır olduğumu demişəm", - deyə döyüşçü bildirib.

Qeyd edə ki, Ferqyuson 2016-cı ildə Rafael Dus Anjusa qalib gəlib. (Report)