Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanın sabiq baş pediatrı özünü güllələyərək intihar edib

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1951-ci il təvəllüdlü Nəsib Cəfər oğlu Quliyevin aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, hadisənin başvermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Qeyd edək ki, hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb. 1951-ci il təvəllüdlü Nəsib Quliyev evində ov tüfəngi ilə özünü güllələyib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib.