Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanın iki ayda Ermənistana 4 milyon 220 min dollarlıq məhsul ixrac edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Ermənistana 4 milyon 220,3 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.

Məlumata görə, bu, Azərbaycanın ümumi ixracının 0,12 %-ni təşkil edib.

Ötən ay Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.

Bu ilin yanvar-fevral ayında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 29,65 % azdır.

Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 66 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 69,75 % çoxdur.