Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda vəzifədə olan altı diplomsuz şəxs işdən qovuldu



6 Kəlbəcər məktəbində direktor müavinləri vəzifələrindən azad edilib.

Buna səbəb həmin şəxslərin ali təhsilli olmamalarıdır.

Kəlbəcər Rayon Təhsil Şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiq ediblər.

Qeyd edək ki, Kəlbəcər Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilən Namiq Rəcəbovun rüşvətə, korupsiyaya, eləcə də qanunsuz fəaliyyətlə bağlı islahatlara başladığı bildirilir. Direktor müavinlərinin vəzifədən azad eilməsi də bu qəbildəndir.