Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda polis əməkdaşı yol qəzasında öldü

Bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub.

Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.