Azərbaycanda pikap və elektromobillər buraxılacaq
13 İyun 2022
Bu ildən Naxçıvan Avtomobil Zavodunda Çin markası pikap və elektromobillərin yığılmasına başlanacaq.
Bu barədə Zavodun da daxil olduğu "Cahan Holdinq"in satış departamentinin rəhbəri Fərhad Hüseynov deyib.
Onun sözlərinə görə, zavodda ilk dəfə olaraq bu ilin sentyabr ayından "ZX Avto" markasına aid pikapların yığılması planlaşdırılır. Avtomobilin hissələri əsasən Çindən gətiriləcək.
O qeyd edib ki, ildə 300-400 "ZX Avto" pikapının yığılması planlaşdırılır.
Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsalına gəlincə, F. Hüseynov bildirib ki, nümunə üçün artıq 7-8 Çin markası Azərbaycana gətirilib. Amma hələlik istehsal ediləcək marka təsdiqlənməyib: "Elektromobil markası seçildikdən sonra ilkin olaraq 40-50 ədəd 7-8 nəfər sərnişin tutumlu miniven, sedan və xeçbek tipli elektromobilin yığılması planlaşdırılır".
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu bundan əvvəl Çin markası, "Lifan" avtomobillərin yığılmasını həyata keçirib. Hazırda isə zavodda yeni “FAW” modellərinin istehsalı aparılır. (APA)