Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan olundu - SƏRƏNCAM

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.

Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.