Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda koronavirus statistikası - 2022-ci ildə neçə nəfər yoluxub

Rəsmi hesabata görə, infeksiyaya yoluxmuş 793089 nəfərin 9716-sı vəfat edib, 167-si aktiv xəstədir, qalanları müalicə olunaraq sağalıb.

2019-cu ilin dekabrında Çində üzə çıxıb 229 ölkə, ərazi və məkana yayılan yeni koronavirusa Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, həmin il 218700 yoluxma, 2641 ölüm, növbəti il 398247 yoluxma, 5717 ölümlə bitib.

2022-ci ilin göstəriciləri belədir:

yanvar – 41523 yoluxma, 376 ölüm

fevral – 127200 yoluxma, 683 ölüm

mart – 6262 yoluxma, 275 ölüm

aprel – 630 yoluxma, 17 ölüm

may – 205 yoluxma, 4 ölüm

iyun – 322 yoluxma, 3 ölüm.

2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5,3 milyon nəfərə bir, 4,8 milyon nəfərə iki, 3,3 milyon nəfərə üç və daha çox, 248,5 min nəfərə xəstəlikdən sonra bir doza peyvənd vurulub.