Azərbaycanda İİV-lə yaşayan şəxslərin rəsmi sayı açıqlanıb
13 Mart 2026
Azərbaycanda 11,9 min İİV-lə yaşayan şəxs Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Bildirilib ki, onlardan 1,3 min nəfər il ərzində yeni qeydiyyata alınıb, 11,2 min İİV-lə yaşayan şəxs antiretrovirus terapiyaya cəlb olunub.