Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda dini mərkəzin formalaşması üçün nələr edilməldiir? - VİDEO

“Pressklub” TV-də dini mərkəzlər müzakirəsi davam edir. Jurnalist Qabil
Abbasoğlunun təqdimatı ilə efirə gedən ikinci verilişdə qonaqlar, tarixçi-alim Rəsul
Hüseynli və jurnalist Kənan Rövşənoğlu müzakirələri davam etdiriblər.

Azərbaycanın dini mərkəzə çevrilə bilməməsi mövzusunun müzakirəsinə həsr
olunmuş verilişdə qonaqlar Azərbaycanda dini fəaliyyətə kənar ölkələrin təsiri
məsələsini araşdırıblar.

Kənan Rövşənoğlu bildirib ki, Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin
müvafiq fətva qurumu dərin elmi-dini mövzularda deyil, daha çox cari məsələlər,
təqvim, dini aylar və mərasimlərin başlaması, bitməsi kimi mövzulardan o tərəfə
gedə bilməyib: “Hazırda ölkədə dini fəaliyyətlər daha çox Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin əlində cəmləşib. QMİ-nin əlində geniş səlahiyyətlər qalmayıb”.
Jurnalist deyib ki, bu səbəbdən bəzi şəri məsələlər barədə müctəhidlərin
yanaşmasına ehtiyac yarandıqca inanclı insanlarımız digər ölkələrdəki alimlərin
rəylərinə müraciət etməli olurlar.

Veriliş zamanı efirə getmiş süjetdə İlahiyyat İnstitutunun müəllimi İbrahim Quliyev
Azərbaycanda dini mərkəz funksiyasını son 200 ildə QMİ-nin həyata keçirdiyini
bildirib. Eyni zamanda İ.Quliyev yeni yaradılan İlahiyyat İnstitutunun yerli elmi-dini
kadrların formalaşması işini üzərinə götürdüyünü deyir. İlahiyyatçı-alimin fikrincə,
yaxın illərdə yerli dini kadrlar ölkədə din sahəsində mövcud tələbatı ödəyəcək: “Bu
gün xalqın dini məsələlərlə bağlı müraciətləri Azərbaycan İlahiyyat İnstitutunun
mütəxəssisləri tərəfindən ödənilir”.

Tarixçi alim Rəsul Hüseynli isə bildirib ki, Azərbaycanda islam təhsili ənənəsi daha
əvvəl də güclü olmayıb, lakin sovetlər dövründə nəsillər arasındakı əlaqə tamamilə
qırılıb. R.Hüseynli bu prosesin tarixi kökləri, səbəbləri barədə söz açıb.

Başqa bir süjetdə ilahiyyatçı Samir Əzizov Azərbaycan İlahiyyat İnstitutunun ölkənin
dini mərkəzinin yaradılması istiqamətində töhfə verəcəyini deyib. Lakin o, eyni
zamanda düşünür ki, universitet səviyyəsində ilahiyyat təhsili ilə yanaşı, ənənəvi
mədrəsə təhsilinin qorunub saxlanması və ənənəvi məktəbin də saxlanması yerli dini
mərkəzin formalaşmasında mühüm faktor ola bilər.

Verilişi tam şəkildə bu linkdən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=eaF1FbHzZAI

Press Klub