Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda Asiya ölkələrindən turistlərin sayı artır

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 174 ölkəsindən 726,4 min və ya əvvəlki ilin eyni dövrülə müqayisədə 38,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə DSX-nin 21 may tarixli məlumatında deyilir.

Turistlərin 28,8 faizi Rusiya, 19,0 faizi Türkiyə, 9,7 faizi İran, 8,4 faizi Hindistan, 4,6 faizi Gürcüstandan gəlib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən 3,3 dəfə, Hindistandan gələnlərin sayı 2,4 dəfə, Qazaxıstandan  gələnlərin sayı 2,1 dəfə, Cənubi Koreyadan gələnlərin sayı 2,0 dəfə, Səudiyyə Ərəbistanından gələnlərin sayı 2,0 dəfə, Bəhreyndən gələnlərin sayı 2,0 dəfə, Qırğızıstandan gələnlərin sayı 1,9 dəfə, Filippindən gələnlərin sayı 1,9 dəfə, Omandan gələnlərin sayı 1,9 dəfə, İspaniyadan gələnlərin sayı 1,8 dəfə, İrandan gələnlərin sayı 1,6 dəfə, Tacikistandan gələnlərin sayı 1,6 dəfə, Misirdən gələnlərin sayı 1,5 dəfə, Türkmənistandan gələnlərin sayı 1,5 dəfə, Küveytdən gələnlərin sayı 1,5 dəfə artıb.  

2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 121,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 35,6 faiz artaraq 27,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 30,3 faiz artaraq 277,9 min nəfər olub.

2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 29,4 faiz artaraq 638,2 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 43,8 faiz, Türkiyəyə gedənlərin sayı 27,0 faiz, Gürcüstana gedənlərin sayı 25,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16,7 faiz artıb. Azərbaycan Respublikası vətəndaşlarının 38,2 faizi Türkiyəyə, 21,7 faizi Rusiya Federasiyasına, 9,1 faizi Gürcüstana, 8,7 faizi İrana, 22,3 faizi digər ölkələrə səfər edib.