Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda ailə faciəsi: arvadını öldürüb intihar etdi

İmişli sakini arvadını bıçaqlayaraq öldürüb.

Hadisə İmişli şəhərində qeydə alınıb.

Gecə saat 01 radələrində İmişli rayonunun Yalavac kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1988-ci il təvəllüdlü Mustafayeva Turan Vaqif qızını 9 bıçaq zərbəsi ilə qətlə yetirib. O, daha sonra özünü bıçaqlayaraq intihar edib.

Onların birgə nigahdan bir övladları var.

Faktla bağlı İmişli rayon prokuroluğunda araşdırma aparılır. (APA)