Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycana sel kimi neft və qaz pulu gəlir

2022-ci ilin ilk 5 ayı ərzində Azərbaycanda 14 milyard 228 milyon 443 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 8 milyard 58 milyon 720 min dollarlıq xam neft, 5 milyard 994 milyon 794 min dollarlıq təbii qaz ixrac edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

2021-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan 6 milyard 519 milyon 732 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 4 milyard 927 milyon 241 min dollarlıq xam neft, 1 milyard 335 milyon 749 min dollarlıq təbii qaz ixrac edilmişdi.

Beləliklə, neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac məbləğ ifadəsilə 2,2 dəfə artıb.

Qeyd edək ki, neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac gəlirlərinin artmasının səbəbi dünya bazarlarında neft və təbii qazın kəskin bahalaşmasıdır. (Marja)