Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycana səfərə hazırlaşan CHP sədri: "Yanlışımız varsa, düzəldilməlidir"

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycana səfər edəcək.

Bu barədə o, “Habertürk”ə müsahibəsində deyib.

“CHP dövləti qurmuş, institutlaşdırmış partiyadır. Bu, institutlaşdırmada əməyi böyükdür. Dövlətin bəzi ənənələrindən uzaqlaşmaq olmaz. Seçkilər bitdi, qurultaydan sədr kimi çıxdım. İlk ziyarəti [Şimali] Kiprə etdim <…> Daha sonra Azərbaycandan randevu istədim. İkinci səfər də Azərbaycana edilməlidir”, – o qeyd edib.

Özəl Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməyəcəyini vurğulayıb: “Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz. Orada qüsurun böyüyü bizə, kiçiyi Azərbaycana düşər. Yanlışımız varsa, düzəldilməlidir”.

Siyasətçi “qarşıdakı günlərdə Azərbaycana səfər etməyi planlaşdırdıqlarını” açıqlayıb.

Xatırladaq ki, aprelin 17-də CHP-nin sədri Özgür Özəl Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edərkən Azərbaycana dəstəyini bildirmişdi.

Bundan başqa, fevralın 17-də ana müxalifət lideri Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdəki qələbə münasibətilə təbrik etmişdi.