Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycana İsrail və Türkiyə nümayəndələri arasında görüş keçirilib

Aprelin 9-da  Azərbaycanda Türkiyə və İsrail rəsmiləri arasında görüş keçirilib.

“Haber Global” xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr yayıb.

Bildirilib ki, bu, "Suriyada münaqişəsizlik" mexanizminin ilk texniki görüşü olub.

"İsrail Suriyaya aid hərbi bazaları hədəf alır. Həmçinin, İsrail Türkiyəni haqsız ittihamlarla hədəf göstərir. Türkiyə isə Suriyada İsraillə münaqişədə olmaq istəmədiyini dəfələrlə vurğulayıb", - məlumatda qeyd edilib.

Baş nazir Benyamin Netanyahunun dəftərxanası da aprelin 9-da Azərbaycanda İsrail və Türkiyə rəsmiləri arasında Suriya barədə görüşün keçirilməsi faktını təsdiqləyib.

Məlumata əsasən, İsrail görüşün təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib.

"Baş nazir Benyamin Netanyahunun göstərişi ilə ötən gün İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Xaneqbinin rəhbərlik etdiyi hərbi-siyasi nümayəndə heyəti, həmçinin müdafiə nazirliyi və güc strukturlarının nümayəndələri ilə türkiyəli həmkarları arasında görüş keçirilib", - bəyanatda bildirilib.