Azərbaycana buğda idxalı 7 dəfə artırıb
18 Mart 2022
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bir il əvvəlki eyni dövr ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 9, həcmi isə 7 dəfəyə yaxın artıb.
Son bir ildə dünyada taxılın qiymətində artım müşahidə edilir.
Bu ilin əvvəlində Azərbaycanda da un 30 faizdən çox bahalaşıb. Ölkədə unun bahalaşması son günlərdə də, az da olsa, davam edib.