Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Pakistanda qar fırtınası zamanı çoxsaylı insan tələfatı ilə əlaqədar bu ölkənin xalqına və hökumətinə başsağlığı verib.

Bu barədə məlumat nazirliyin "Twitter" səhifəsində verilib.

“Murree şəhərində qar fırtınası zamanı ekstremal hava şəraiti nəticəsində ən azı 23 nəfərin həlak olması xəbərindən dərin kədərləndik. Qardaş Pakistan xalqına və hökumətinə başsağlığı veririk. Allah faciə qurbanlarının ruhunu şad etsin!”