Azərbaycan XİN Avropa Parlamentinin qətnaməsini "siyasi sifariş" adlandırıb
26 Aprel 2024
Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir.
Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Ayxan Hacızadə Avropa Parlamentinin insan hüquqlarının pozulmasına görə Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etmək çağırışı yer alan 25 aprel 2024-cü il tarixli qətnaməsini şərh edərkən bildirib.
"Bu addım, Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil", Hacızadə belə hesab edir.
"Avropa Parlamentinin öz daxili mülahizələrini və şəxsi mənfəətlərini rəhbər tutan müəyyən qrup üzvləri sadəcə Azərbaycandakı vəziyyətin təhrif olunmuş mənzərəsini irəlilətməklə məşğuldurlar", deyə XİN-in nümayəndəsi qeyd edib.
Azərbaycana qarşı sanksiya çağırışları "yalnız Azərbaycan və Avropa ittifaqı arasında münasibətləri mürəkkəbləşdirir".
"Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq", deyə Hacızadə qeyd edib.