Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan və Rusiya qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atacaq

Azərbaycan və Rusiya qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atacaq.

Bu barədə Prezident İlham Əliyevin martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbulu zamanı bildirilib.

Bildirilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.