Azərbaycan və Qırğızıstan arasında ikitərəfli sazişlər paketi imzalanıb
24 Aprel 2024
Bu gün Bakıda Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyev və Sadır Japarovun danışıqlarının yekunlarına görə ikitərəfli sənədlər paketi imzalanıb.
Dövlət başçıları "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı"nı və "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi"ni imzalayıblar.
Tərəflər həmçinin elm və təhsil, miqrasiya sahəsində əməkdaşlıq, ikiqat vergitutmanın aradan qaldırılması haqqında hökumətlərarası sazişlər imzalayıblar.
Bundan başqa, səhiyyə və tibb elmi, energetika sahələrində əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.
İki ölkə hökumətləri arasında 2024-2029-cu illər üzrə əməkdaşlıq proqramı təsdiq edilib.
Tərəflər həmçinin elm və təhsil, miqrasiya sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıblar.
Bundan başqa, ədliyyə nazirlikləri arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında saziş imzalanıb.
Tərəflər gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalayıblar.
Ümumilikdə 18 sənəd imzalanıb.