Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan və İranın xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə ediblər

Dekabrın 26-da Azərbaycan və İranın xarici işlər naziri Ceyhun Bayramovla Hüseyn Əmir-Abdollahian telefon danışığı zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlığın gündəliyi, regionda vəziyyəti, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması perspektivlərini müzakirə ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazirlər regional əməkdaşlıq məsələlərilə bağlı fikir mübadiləsi aparıblar.

Dekabrın 27-də Abdollahian Ermənistana səfər edəcək.