Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan qazının Bolqarıstana sınaq nəqlinə başlandı

Bu gün “Interconnector Greece – Bulgaria” (IGB) kəmərinin operatoru Azərbaycan qazının Yunanıstandan Bolqarıstana sınaq nəqlinə başlayıb.

“vesti.ru” xəbər verir ki, Azərbaycan qazının Yunanıstandan Bolqarıstana nəqli üçün IGB 2022-ci il martın sonunda TAP-a qoşulub.

Qeyd edək ki, IGB kəmərinin tikintisinə 2019-cu il mayın 22-də başlanılıb, buraxılış gücü illik 3 milyard kubmetrdir.

Dəyəri 240 milyon avro olan kəmərin 2021-ci ilin iyulunda, daha sonra 2021-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılsa da, pandemiya səbəbindən kəmərin 2022-ci ilin yayında istifadəyə verilməsinin nəzərdə tutulduğu açıqlanmışdı.