Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan Prezidenti: “Ermənistan ərazisilə qaz kəməri çəkə bilərik”

Nizamlanmanın baza prinsipləri qəbul olunarsa,  COP29 konfransına qədər Ermənistanla sülh bağlanması mümkündür. Hər iki tərəf bundan ötrü çox çalışmalıdır. Bu barədə prezident İlham Əliyev çərşənbə axşamı Bakıda “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçıları qarşısında çıxışında bildirib.

"Ermənistan regionda energetika şəbəkəsinə üzv ola bilər. Azərbaycan Ermənistan vasitəsilə Naxçıvana qaz kəməri çəkə bilər. Bu, əlverişsizdir. Amma bunun baş verməsi üçün Ermənistanın Azərbaycanla sülh sazişi bağlaması lazımdır. Bu, atılmalı olan ilk addımdır", - Əliyev deyib.

O həmçinin Zəngəzur dəhlizi mövzusuna toxunub. Dəhlizin açılması "Ermənistanın suverenliyinin pozulmasını nəzərdə tutmur". "Şimal-Cənub" nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir və bizim suverenliyimizi pozmur. Niyə Ermənistanda "dəhliz" beynəlxalq terminindən bu qədər qorxurlar, Əliyev deyib.

Hələlik Ermənistan bu layihəni bloklayır, baxmayaraq ki, Rusiya sərhədçilərinin nəzarəti altında yolun açılması 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda razılaşdırılıb.