Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan Ordusunun iki əsgəri Laçında həlak olub

Avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu xəstəxanaya yerləşdirilib. Amma həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qanunvericiliyə əsasən döyüş tapşırığını yerinə yetirərkən həlak olan hər iki əsgərə şəhid statusu veriləcək.

Allah rəhmət etsin!