Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan Günəşdən və küləkdən milyardları necə qazanacaq? - VİDEO

Oktyabrın 30-da Pressklub TV-nin canlı efirində “Azərbaycanın
alternativ enerji strategiyası” mövzusunda müzakirələr aparılıb.

Verilişdə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban 19 il
əvvəl - 2004-cü ildə qəbul olunmuş alternativ və bərpa olunan
enerji mənbələrindən istifadə olunması ilə bağlı Dövlət
Proqramının icra vəziyyəti, bu istiqamətdə hökumətin gördüyü
işlər barədə məlumat verib.

Ekspert qeyd edib ki, Azərbaycanın neft-qaz hasilatında tədricən
azalma olsa da, ölkə iqtisadiyyatı üçün təhlükəli perspektiv yoxdur.
Çünki Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri ilə
bağlı geniş potensialı var.

İlham Şaban bu gün qədər görülən işlər çərçivəsində ölkə
iqtisadiyyatının bu mənbələr hesabına əldə etdiyi enerjinin
həcminin ilbəil artdığını vurğulayıb.

Verilişdə Azərbaycanın enerji sahəsində beynəlxalq layihələrdə
iştirakı, dünya ölkələri ilə əməkdaşlığı məsələsinə də toxunulub,
anternativ və bərpa olunan enerji sahəsində inkişaf etmiş ölkələrin
təcrübəsinin öyrənilməsinin, tətbiq olunmasının vacibliyi bildirilib.
Verilişi bu linkdən izləmək mümkündür:

https://www.youtube.com/watch?v=M8r_xat6h6U

Press Klub