Azərbaycan əhalisinin sayı açıqlanıb
15 Noyabr 2025
Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 28 min 758 nəfər və ya 0,3 faiz artıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, əhalinin sayı cari ilin oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 253 min 647 nəfərə çatıb.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.