Azər Qasımlıya 12 il həbs cəzası verildi
11 Mart 2026
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı 12 il müddətə azadlıqdan məhrum edilib.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, A.Qasımlı 2024-cü ilin dekabrında saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.