Azad olunmuş ərazilərdə 23 kütləvi məzarlıqda 192 nəfərə yaxın insan qalıqları ekshumasiya edilib
10 Mart 2025
Azad olunmuş ərazilərdə 2021-ci ilin fevral ayından etibarən aparılan qazıntı işləri nəticəsində 23 kütləvi məzarlıq müəyyən edilib.
Bu barədə İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında məlumat verilib.
Azərbaycanın müxtəlif şəhər və rayonlarında 23 qəbiristanlıqda şəxsiyyəti müəyyənləşdirilmədən dəfn edilmiş 192 Birinci Qarabağ mübaribəsi şəhidinin qalıqları ekshumasiya edilib.
2025-ci il martın 1-nə olan məlumata əsasən, 165 meyitin kimliyi müəyyənləşib və ailələrinə təhvil verilib.