Azad edilən ərazilərdə 600-ə yaxın şəxsə məxsus sümük qalıqları var
31 Mart 2024
Hazırda 600-ə yaxın şəxsə məxsus sümük qalıqları var.
Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
Ə.Həsənov bildirib ki, onların müayinələrinin başa çatdırılanı da var: “Hətta şəxsiyyətinin identifikasiyası başa çatdırılan da var. Onlar sahiblərinə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təhvil verilib”. (Report)