Logo
news content
User
Kateqoriyalar

Xəbər

AXCP fəalı qətlə yetirildi - FOTO

AXCP fəalı Çapay Sadıqlı qətlə yetirilib.

Hadisə Bərdə rayonunun Samux kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Çapay Sadıqlı ilə 1968-ci il təvəllüdlü Xəzər Məmmədov arasında hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə mübahisə yaşanıb.

Bu gün X.Məmmədov Ç.Sadıqlını dəryazla vuraraq ona xəsarətlər yetirib. Çapay Sadıqlı aldığı xəsarətlərdən ölüb. DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Bərdə RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Xəzər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Onun barəsində cinayət işi başlanıb. Qeyd olunub ki, Çapay Sadıqlının ölümündə hər hansı siyasi motiv yoxdur. Ç.Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədri kimi tanınıb.