Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avtomobillərin düzgün parklanmamasına görə cərimələr sərtləşdirilir

İyunun 12-də Milli Məclisin Hüquq siyasəti komitəsində "Yol hərəkəti haqqında" qanuna dəyişikliklər müzakirə olunub.

Qanunvericilikdəki dəyişikliklər bir sıra məhdudiyyət tətbiq edir və bəzi pozuntulara görə cəzaları sərtləşdirir.

Belə ki, gücü 1 kVt-dan çox olmayan mühərrikli kiçik elektromobillərdə sərnişin daşınması qadağan edilir  və onlar müəyyən yerlərdə park etməlidir, velosiped yollarında hərəkət sürəti saatda 20 kilometrdən çox, yaşayış zonalarında,  parklarda və həyətlərdə isə saatda 10 kilometrdən çox olmamalıdır.

Ödənişli parklanma yerində məbləğin ödənilməməsinə görə 20 manat, əlillər üçün nəzərdə tutulmuş yerdə parklanmaya görə 60 manat, yük avtomobillərinin, elektromobillərin, velosipedlərin yerində parklanmaya  və 24 saatdan çox müddətə görə  20 manat cərimə müəyyən edilir.

Xidməti dayanacaqlarda parklanmaya görə 40 manat müəyyən edilir.

Parklanma üçün ödəniş SMS və ya xüsusi proqram təminatı vasitəsilə elektron formada həyata keçirilir.