Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
02 Avqust 2026
Badamdarda yerləşən maşın bazarında ciddi alıcı və satıcı qıtlığı yaşanır.
Durğunluğun əsas səbəbi vətəndaşların sosial platformalardakı onlayn avtomobil elanlarına daha çox üstünlük verməsidir.
Bu barədə Baku TV-nin videomaterialında deyilir.
Bundan əlavə, bir çox alıcılar xaricdən 2-3 min manat daha ucuz qiymətə rahatlıqla avtomobil sifariş edə bildikləri üçün avtomobil bazarlarına üz tutmurlar.
Əvvəllər Almaniya və Koreya brendlərinə maraq göstərən alıcılar indi daha çox Çin avtomobillərinə üstünlük verirlər.