Avstriyada məktəbdə atışma olub, 11 nəfər ölüb
10 İyun 2025
Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində atışma baş verib.
Bu barədə "Kronen Zeitung" qəzeti yazıb. İlkin məlumatlara görə, atışma nəticəsində 11 nəfər ölüb.
Hücum edən şəxs zərərsizləşdirilib.
Bildirilib ki, əməliyyatda bir neçə polis bölməsi və “Cobra” xüsusi təyinatlı dəstəsi iştirak edib.