Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropada uğursuz günümüz

UEFA Konfrans Liqasının 2022-2023 mövsümündəki Azərbaycan komandaları iyulun 21-də ikinci mərhələnin ilk oyunlarını keçirib. “Zirə” Bakıda İsrailin “Makkabi” (Tel-Əviv) komandasına 0:3, “Qəbələ” Macarıstanda “Fehervar”a 1:4, “Neftçi” Kiprdə “Aris”ə 0:2 hesabı ilə uduzub.

Cavab oyunları iyulun 28-nə təyin edilib.

Raund aşılsa, üçüncü mərhələdə “Zirə” ya Belarusdan “Qomel”, ya da Yunanıstandan “Aris”, “Qəbələ” ya Moldovadan “Petrokub”, ya da Albaniyadan “Laçi”, “Neftçi” ya Avstriyadan “Rapid”, ya da Polşadan “Lexiya” ilə görüşəcək.