Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olub.

"Лöhlən atlar" Niderlandın "Ayaks", İngiltərənin "Tottenhem", Yunanıstanın "Olimpiakos", İsveçin "Malmö", Norveçin "Budyo Qlimt", Rumıniyanın FCSB və İsveçin "Elfsborq" komandaları ilə üz-üzə gələcək.

Azərbaycan təmsilçisi "Ayaks", "Lion", "Malmö" və FCSB ilə Bakıda, digər komandalarla səfərdə oynayacaq.

Qeyd edək ki, Liqa mərhələsində 36 klub çıxış edəcək. 8 turdan sonra ilk 8 yeri tutan komandalar 1/8 finala, 9-24-cü yerlərdə qərarlaşanlar isə pley-offa yüksələcəklər. Digər 12 iştirakçı çıxışını başa vuracaq. I turun oyunları sentyabrın 25-26-da baş tutacaq.