Paşinyan: "İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəm"
23 Noyabr 2024
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla müqavilənin ilin sonuna qədər imzalanması üçün hər şeyi edəcəyini bildirib.
Hökümət başçısı bunu ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.
O, deyib ki, Ermənistan Azərbaycana Avropa İttifaqı missiyasının delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməyəcəyini təklif edib.
Onun sözlərinə görə, danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var.
“Əgər biz həqiqi sülhə nail olsaq, sülh müqaviləsi imzalasaq, Ermənistan qarşılıqlı prinsip əsasında Azərbaycana qarşı beynəlxalq iddialardan imtina etməyə hazırdır”, – o vurğulayıb.