Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa İttifaqı: "Ucuz enerji" dövrü bitdi

“Rusiya-Ukrayna müharibəsi səbəbindən “ucuz enerji” dövranı başa çatıb”.

Bu barədə Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayen Baş Assambleyasının iclasında bəyan edib.

Aİ komissarı Rusiya-Ukrayna müharibəsi səbəbindən qlobal təbii qaz təchizatının sərtləşdiyini və Rusiyanın boru kəməri ilə Avropaya göndərdiyi qazın miqdarının son səkkiz ayda 80 faiz azaldığını bildirib.

“Rusiyadan ucuz enerji təchizatı bir çox Avropa sənayesinin biznes modelinin bir hissəsi idi. Bu model Rusiyanın Ukraynaya hücumu ilə dağıldı. Həqiqət budur ki, bu model geri qayıtmayacaq”, - deyə avropalı komissar əlavə edib.