Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi tanıyıb

Avropa İttifaqı (Aİ) İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatlarının siyahısına daxil edib.

Bu barədə Avropa diplomatiyasının başçısı Kaya Kallas "X" sosial şəbəkəsində bildirib.

"Repressiyalar cavabsız qala bilməz. Aİ-nin xarici işlər nazirləri indicə İran İnqilab Keşikçilərini terrorist təşkilat elan edərək həlledici addım atdılar. Minlərlə vətəndaşını öldürən hər bir rejim öz süqutuna çalışır", - o yazıb.

Qeyd edək ki, İranda etirazlar dekabrın 28-də milli valyutanın qəfil dəyərdən düşməsi ilə başlayıb və ölkənin ən azı 46 şəhərini əhatə edib. İnternetə çıxış və mobil əlaqə yanvarın 8-i kəsilib, bu da zorakılığın artması fonunda məlumatlara çıxışı məhdudlaşdırıb. İran Xarici İşlər Nazirliyinin məlumatlarına görə, hüquq-mühafizə orqanları və etirazçılar arasındakı toqquşmalar zamanı 3 117 nəfər həlak olub.