AVRO-2024: Şotlandiya və İsveçrə sülhlə ayrılıblar
20 İyun 2024
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçı başa çatıb.
Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.
Hesabı şotlandlar açıb. 13-cü dəqiqədə Fabian Şer avtoqol müəllifi olub. İsveçrənin bərabərlik qoluna isə 26-cı dəqiqədə Cerdan Şakiri imza atıb.
Qeyd edək ki, A qrupunun digər oyununda Almaniya Macarıstana 2:0 hesabı ilə qalib gəlib.
1. Almaniya 2 2 0 0 7-1 6
2. İsveçrə 2 1 1 0 4-2 4
3. Şotlandiya 2 0 1 1 2-6 1
4. Macarıstan 2 0 0 2 1-5 0