AVRO-2024: Polşa Avstriyaya məğlub oldu
21 İyun 2024
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşü başa çatıb.
Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda Avstriya 3:1 hesablı qələbə qazanıb.
Hesabı 9-cu dəqiqədə qalib komandanın heyətində Qernot Trauner açıb. İlk yarım saatın tamamında Kşiştof Piontek "status-kvo"nu bərpa edib. 66-cı dəqiqədə Kristof Baumqartner Polşa millisini növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Oyunun yekun nəticəsini isə Marko Arnautoviç müəyyənləşdirib. 79-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu Avstriyanın qələbəsində pay sahibi olub.
Qeyd edək ki, bu qarşılaşmanın ardından D qrupunun digər matçı olan Niderland - Fransa görüşü keçiriləcək.