AVRO-2024: İtaliya Albaniya üzərində minimal hesabla qələbə qazanıb
16 İyun 2024
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda günün son görüşü baş tutub.
"Siqnal İduna Park"da keçirilən matçda B qrupunun iki komandası - İtaliya və Albaniya yığmaları üz-üzə gəlib.
Oyun italiyanların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 22-ci saniyədə albanlardan Nedim Bayrami açıb. 11-ci dəqiqədə fərqlənən Alessandro Bastoni hesaba tarazlıq gətirib. Qarşılaşmanın yekun nəticəsini isə İtaliyanın heyətində 16-cı dəqiqədə adını tabloya yazdıran Nikolo Barella təyin edib.
Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya sçeməsinə 3:0 hesabı ilə qalib gəlib.