AVRO-2024: Danimarka və İngiltərə xalları yarı bölüblər
20 İyun 2024
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü başa çatıb.
"Report" xəbər verir ki, C qrupunun oyununda heç-heçə qeydə alınıb - 1:1.
Hesabı ingilislər açıb. 19-cu dəqiqədə Harri Keyn fərqlənib. 34-cü dəqiqədə isə "status-kvo" bərpa olunub. Morten Yulmann adını tabloya yazdırıb.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyeva olub.
1 | İngiltərə | 2 | 1 | 1 | 0 | 2-1 | 4 |
2 | Sloveniya | 2 | 0 | 2 | 0 | 2-2 | 2 |
3 | Danimarka | 2 | 0 | 2 | 0 | 2-2 | 2 |
4 | Serbiya | 2 | 0 | 1 | 1 | 1-2 | 1 |