"Atom bombası hazırlaya bilərik" - Gözlənilməz bəyanat
17 İyul 2022
“İran atom bombası istehsal etmək üçün texniki imkana malikdir, ancaq ölkə rəhbərliyinin bu barədə qərarı yoxdur”.
Bunu İranın Beynəlxalq məsələlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi “Al-Jazeera” telekanalına müsahibəsində bildirib.
Kamal Xərrazi deyib ki, İranın belə texniki imkana malik olması sirr deyil: “İran bir neçə il ərzində uranı 20 faizdən 60 faizə qədər zənginləşdirməyi bacarıb və asanlıqla uranı 90 faizə qədər zənginləşdirə bilər”.
Qeyd edək ki, Kamal Xərrazi 20 Avqust 1997 - 24 Avqust 2005-ci illlərdə İranın xarici işlər naziri olub.