Atmaq vaxtıdır: Azərbaycanda siqaret bahalaşdı!
04 Yanvar 2022
Azərbaycanda növündən asılı olmayaraq bütün siqaret markaları bahalaşıb.
Qiymət artımı bu gündən etibarən müşahidə olunmağa başlayıb.
Məhsulun topdan alış və satışı ilə məşğul olan sahibkarın sözlərinə görə, bir qutu siqaret marka və çeşidindən asılı olmayaraq 10-20 qəpik civarında bahalaşıb.
Qeyd edək ki, son qiymət artımına siqaretə tətbiq olunan aksiz dərəcəsi səbəb olub. Bu dəyişiklik “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, 2022-ci il yanvarın 1-dən tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılıb.
Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsi 14 manata qaldırılıb.
Bu gündən tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri də aksizli mallara aid edilir.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, 2022-ci il yanvarın 1-dən tütün əvəzləyicilərinin hər kiloqramına 30,0 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq olunur.